Bia.Az

"Uşaqpulu"nun verilməsi ilə bağlı AÇIQLAMA

Sosial
 21-07-2020, 16:17     317

Müxtəlif vaxtlarda uşaqpulunun bərpası məsələsi gündəmə gəlir. Hətta Milli Məclisin deputatları plenar iclaslarında uşaqpulunun bərpa edilməsi ilə bağlı təkliflər də irəli sürüblər. Karantin rejimi bitdikdən sonra uşaqpulu yenidən bərpa oluna bilərmi?

BİA.az-ın xəbərinə görə, bununla bağlı danışan deputat Fazil Mustafa bildirib ki, pandemiyadan sonra uşaq pulu məsələsinə yenidən baxmaq olar: “İlk öncə dövlətin imkanları nəzərə alınıb müəyyən addımlar atılmalıdır. Bu gün pandemiyaya görə problemlər daha da artıb. İqtisadi cəhətdən narahatlıq var. Buna baxmayaraq, vətəndaşın vəziyyətini yüngülləşdirilmək üçün bütün variantlara getmək lazımdır. Ən azından bu istiqamətdə addımların atılması zəruridir. Çünki vətəndaşın da vəziyyəti çətinləşib.

Pandemiya dövründə xüsusilə işsiz, gəliri olmayan vətəndaşların problemləri artıb. Ona görə də bu istiqamətdə düşünmək lazımdır. Bütün hallarda məsələlər iqtisadi imkanımıza görə həll edilməlidir. Neftin qiymətinin aşağı düşməsi, müəyyən gəlirlərin azalması narahatedici amillərdəndir. Uşaqpulu məsələsini əvvəl həll etmək imkanı var idi. Bu məsələni əvvəl həll etsəydik, daha yaxşı olardı. Hər halda pandemiyadan sonra bu məsələ müzakirə olunub, qərar qəbul edilə bilər”.Konkret.az


BİA.azскачать dle 12.1