Bia.Az

Bu işsiz şəxslərə ödənişlər ediləcək

Sosial
 10-12-2023, 01:34     518

“İşsizlikdən sığorta haqqında” qanuna edilən yeni dəyişikliklərlə sığorta ödənişi alacaq işsizlərin dairəsi genişlənəcək. Belə ki, yeni dəyişikliklərə əsasən müəssisənin mülkiyyətçisi dəyişəndə, əvvəllər müvafiq işdə çalışan işçi işə bərpa ediləndə, həmin müəssisədə çalışmış işçi müddətli hərbi xidmətdən ehtiyata buraxıldılqdan sonra öz işinə qayıtdıqda da ödənişlər ediləcək.

Axar.az xəbər verir ki, bu sözlər millət vəkili, iqtsadçı ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, sığorta ödənişinə görə əlavə ailədəki bütün uşaqlara şamil ediləcək:

“İndi bu əlavələr 20 faiz ilə məhdudlaşır. Yeni dəyişliklərlə isə məhdudlaşma olmayacaq. Bu zaman həmin ödəniş müddətli əmək müqaviləsinin bitməsi ilə xitam hallarına da şamil ediləcək.

İşsizlərə sığorta verilməsi zamanı müddətli əmək müqaviləsi üzrə tələb olunan sığorta stajının 30 aydan 24 aya endirilməsi də həyata keçirilir. Bu, daha çox vətəndaşın ödəniş almasına imkan yaradacaq.

Digər dəyişiklik fərdi məşğulluq proqramının üzrlü səbəbdən icra edilə bilmədiyi halda ödənişlərin verilməsidir. Bu zaman qanunda üzrlü halların konkret olaraq müəyyənləşdirilməsi də həyata keçirilib.

Bütövlükdə qanuna edilən dəyişiklik sığorta ödənişlərinə əlçatanlığı artırmaqla yanaşı daha çox vətəndaşımızın bu imkandan faydalanmasına şərait yaradacaq”.скачать dle 12.1