Bia.Az

Deputat: "Həyatımın 10 ilini bu yataqxanada keçirdim" - FOTO

Sosial
 24-11-2023, 15:11     378

"Qarabağı könüllü tərk edən ermənilər ilə selfi çəkdirib hay-küy salan USAID daxil olmaqla, bir sıra beynəlxalq təşkilat rəhbərləri bir dəfə də olsun Ermənistan işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünlərə nəinki baş çəkdilər, 30 il müddətində bir dəfə də olsun onların taleyindən danışmadılar".

Musavat.com xəbər verir ki, bu sözləri Füzulidən olan millət vəkili Vüqar Bayramov feysbuk hesabında qeyd edib.

yataq.jpg (12 KB)
"1993-cü ildə Qarabağda yerləşən kəndimiz Ermənistan tərəfindən işğal olundu və həyatımın 10 ilini bu yataqxanada keçirdim. 30 illik Ermənistan işğalı nəticəsində tamamilə dağıdılan kəndimizdən isə qalan sadəcə xarabalıqlardır", - deputat bildirib.скачать dle 12.1