Zərdablılar DTX-ya ümid yeri kimi baxırlar - "Cənab prezident bizlərə də kömək edin"
Bildiyimiz kimi bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevi və daha bir neçə məsul şəxsi xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırması və digər müxtəlif üsullarla rüşvət aldığına görə həbs etmişdir.
İxa.az-a daxil olan məlumadda iddia olunur ki, hələ də bəzi icra başçıları öz köhnə amplualarından çıxmaq istəmirlər və rüşvət mexanizimi ilə işləməyi üstün tuturlar.
Belələrindən biri də Zərdam rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov olduğu redaksiyaya göndərilən müraciətdə iddia olunub
Müraciətdə deyilir::
“Mərdan Camalov Zərdaba icra başçısı təyin olunduqdan sonra rayon sakinlərinin günü göy əskiyə bükülüb. Mərdan Camalovun başı ancaq var-dövlət yığmağa, biznes qurmağa qarışdığı üçün rayon baxımsız qalıb. Rayonun o kəndi olmasın ki, başçısının tapşırığı əsasında torpaq sahələrinə əl qoymasın.
Örüş yerləri zəbt olunub, qanunsuz olaraq əkin işləri aparılıb.Hansı ki, qanuna əsasən örüş yerlərini təyinatı dəyişmədən əkmək olmaz… Zərdab bələdiyyələrin, icra nümayəndələrinin və idarə müdirlərinin işi ancaq Camalovun biznesini idarə etmək, ona haqq yığmadır. Zərdab rayon sakinlərinin hər biri təstiq edə bilər ki, Mərdanov rayona başçı gələnə qədər əhali yaxşı dolanırdı. Kəndlilər təsərrüfatlardan yaşı gəlir götürürdü, sahibkarlar düzgün pul qazanırdılar. Hörmətli prezidentimiz İlham Əliyevdən xahiş edirik bu biznesmen, talançı icra başçısının qara əməllərini araşdırıb onun barəsində ciddi tədbirlər görsün. Bildiyimiz kimi həbs olunan icra başçılarının da öz rayonlarında çoxlu torpaq sahələri və obyektlərə sahib olduğu üzə çıxıb. Bunda onlardan biri hesab edmək olar..."
Xatırladaq ki, gələn xəbərlərə görə oxşar proses Zərdabda da getdiyindən yaxın zamanlarda həmin rayonda da belə bir əməliyyatın keçiriləcəyi gözlənilməkdədir. Deyilənlərə görə Zərdabda daha güclü oliqarxa çevrilmiş icra başçısının yuxusu bir neçə gündür ki, ərşə çəkilib. Qeyd edək ki, aylar öncə Şirvanda baş verən məlum maaş kartlarının mənimsənilməsi olayı həbisində Mərdan Camalovun adı hallansada o prokurorluq orqanında izahat versədə canını qurtara bilmişdi.
İndi isə Zərdablılar isə DTX-ya ümid yeri kimi baxırlar. Çünki onların narazılıqları pik həddə çatıb və icra başçısının haqsızlıqlarından qurtulmaq istəyirlər.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
BIA.az