Bia.Az

TƏCİLİ: Anomal istilərlə bağlı SON DƏQİQƏ açıqlaması - sentyabrda...

Sosial
 14-08-2023, 16:50     431

Şəbnəm Qurbanova: “Havanın temperaturu iqlim normasından 6 dərəcə yuxarı oldub, bu, kifayət qədər yüksək göstəricidir”

Ölkə ərazisində anomal istilər avqust ayının 17-dək davam edəcək.

Bu barədə Musavat.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Şəbnəm Qurbanova bildirib.

sebi.jpeg (136 KB)
 O qeyd edib ki, avqustun 17-dən sonra Bakıda və Abşeron yarımadasında havanın temperaturu 33-38 intervalında dəyişəcək:

“Rayonlarda isə temperatur 33-38 dərəcə, bəzi yerlərdə 39 dərəcə olacaq.

O ki qaldı sentyabr ayı ilə bağlı indidən proqnozların verilməsinə, 10 günlük daha dəqiq proqnozlar verilir. Hazırda yalnız avqustun 23-nə kimi olan müddəti deyə bilərik. 10 gün ərzində hava şəraiti əsasən yağmursuz olacaq, bəzi dağlıq, dağətəyi zonalarda qısamüddətli yağış gözlənilir. Mülayim şərq küləyi əsəcək. Bu gün, sabah mülayim şərq küləyi əsəcək, avqustun 16-dan etibarən külək bir qədər şimala meyl edəcək”.

Qurum rəsmisi bildirib ki, anomal istilər qlobal iqlim dəyişmələri nəticəsində yaranıb:

“Son günlər, yəni avqustun bütün günlərində havanın temperaturu iqlim normasından yuxarı olub. Avqustun 13-də Bakıda havanın temperaturu iqlim normasından 6 dərəcə yuxarı olub. Bu, kifayət qədər yüksək göstəricidir. Qonşu ölkələrlə müqayisə etsək, bizdən əvvəl Türkiyədə istilər müşahidə olunmuşdu. Daha sonra cənub-şərq axınları, yəni isti hava dalğası bizim əraziyə daxil oldu. Bizdə də eynilə uzun müddət havanın temperaturu iqlim normasından yuxarı oldu”.скачать dle 12.1