Bia.Az

Bahalaşmanın yeni dalğası gəlir: Süfrələr boşalacaq – NƏ ETMƏLİ?

Sosial
 8-08-2023, 21:11     296

Bu il Azərbaycanda orta illik inflyasiyanın 10,4 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib.

2023-cü ildə orta illik inflyasiya ilkin proqnozlar zamanı 6,9 faiz səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma zamanı faktiki göstəricilər, gözlənilən meyillər nəzərə alınmaqla 10,4 faiz səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da ilkin proqnozdan 3,5 faiz bəndi çoxdur.
Bu da ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşacağını deməyə əsas verir. Xüsusilə son bir ildə bir çox sahələrdə qiymət artımı görülür.
Maraqlıdır, hansı məhsullar yenidən bahalaşa bilər?
Turantv.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, əsasən ərzaq məhsulları bahalaşacaq:
“Bu ilin proqnozlarına əsasən, inflyasiya təkrəqəmli olaraq nəzərdə tutulmuşdu. Lakin Rusiya-Ukrayna müharibəsinin bitməməsi, Rusiyanın “Taxıl sazişi”ndən imtina etməsi düyü, şəkər, buğda, yağ kimi məhsulların qiymətinin artmasına səbəb olub.
Bu da öz növbəsində digər ərzaq məhsullarının artımına təsir edəcək. Hazır iqlim şəraiti ilə əlaqədar olaraq da dünya ölkələrində məhsulların istehsalında azalma var.
İyun və iyul aylarında inflyasiya səngimişdi. Lakin üzü payıza doğru inflyasiya meyillərini yenidən müşahidə edəcəyik. Ərzaq, qeyri-ərzaq məhsullarında bu baxımdan artım qaçılmazdır. Azərbaycan da idxaldan asılı ölkədir.
Bu səbəbdən əsasən də ərzaq məhsullarında qiymət artımı olacaq. Bu da öz növbəsində digər sahələrdə də artıma təkan verəcək və yeni qiymət artımları görəcəyik”.скачать dle 12.1