Yağış yağdı, taksi qiymətləri kəskin qalxdı
Bakıda fəaliyyət göstərən takşi şirkətləri qiymətləri kəskin artırıb.
Axar.az xəbər verir ki, bu gün müxtəlif taksi şirkətləri eyni məsafə üçün gediş haqqını 2 dəfə bahalaşdırıb.
Taksi şirkətlərindən saytımıza bildirilib ki, bahalaşma bugünki yağışlı hava şəraiti ilə bağlıdır. Ənənəvi olaraq belə havalarda qiymətlər artırılır.
Qiymətlərin havanın düzələcəyindən sonra normallaşacağı gözlənilir.