Bia.Az

Azərbaycanda istirahət üçün nə qədər pul lazımdır? -QİYMƏTLƏR

Sosial
 31-05-2023, 01:12     380

Yay mövsümü yaxınlaşdıqca bölgələrimizdə istirahət etmək istəyənlərin sayı da artır. Turizm şirkətləri müxtəlif istiqamətlər üzrə yay tur paketlərini satışa çıxarıb.

Ekspertlər bildirir ki, tələbat əsasən ölkənin cənub və şərq rayonlarınadır.

Turizm eksperti Ramin Zamanov aztv-yə bildirib ki, daxili turlar əsasən həftəsonları baş verir: "Əsas istiqamət Şəki, Qələbə, Quba, Qusar istiqamətində olur. Eyni zamanda cənub bölgəsinə də daxili turlar çox olur. Müalicəvi hotellərin olması bu istiqamətdə axını artırır".

Mütəxəssislər qeyd edir ki, ölkədaxili hotellərdə 10-15 faiz bahalaşma qeydə alınır. Sahibkarlar isə bunu qiymət artımı ilə əlaqələndirir. Qiymətlər bir gün üçün 50-100 manat arasında dəyişir.

скачать dle 12.1