Bia.Az

İnflyasiya daha da ARTACAQ? - Ekspert danışır

Sosial
 4-05-2023, 13:49     210

Rəsmi rəqəmlərə görə, 2023-cü ilin mayın 1-nə Azərbaycanda pul bazası 17 milyard 609,9 milyon manat təşkil edib. Bu isə o deməkdir ki, ölkəmizdə pul bazası keçən ilin müvafiq dövrü ilə müqayisədə 20,9 faiz artıb.

Belə artım inflyasiyanı daha da tətikləyə bilərmi?

DİA.AZ bildirir ki, Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Fuad İbrahimovun fikrincə pul bazasının çoxalması ölkədə inflyasiyanın artımına səbəb olmayacaq:

“İnstitusional nəzəriyyə baxımından pul bazasının bir il ərzində 20 faiz artımı sözsüz ki, inflyasiyaya təsir edə bilər. Pul kütləsinin artımı əslində inflyasiyaya səbəb olacaq amildir. Keçən il ölkəmizdə inflyasiyaya qarşı mübarizənin mexanizmlərindən istifadə edildiyi üçün pul kütləsinin azaldılmasına şərait yaradıldı.

Bu ilki 20 faiz artımı da məhz həmin məqamla izah etməliyik. Yəni keçən il inflyasiyaya qarşı mübarizə istiqamətində görülən tədbirlər azalmaya gətirib çıxardığı halda, bu il isə işi artıq normal üslubda davam etdiririk. Ona görə də pul bazasında bu qədər artım olub. Həmin səbəbdən indiki halda qeyri-adi inflyasiya artımı baş verməyəcək”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bu il inflyasiyanın 8% civarında olacağını proqnozlaşdırıb.
скачать dle 12.1