Bia.Az

XOCALI

Sosial
 27-02-2020, 07:13     510

XOCALI
Atatv.az saytı tanınmış şairə Mahirə Nağıqızının şeirlərini təqdim edir:


Qaysaqlanmaz süngülənən yarası,
Qan qarışıq göz yaşıdır Xocalı.
Çiliklənib sinəmizdə parası,
Əbədilik baş daşıdır Xocalı.

Bir millətin haqq-divana sorğusu,
Anaların heykəlləşmiş qorxusu.
Ahılların dəhşət dolu yuxusu,
Cahılların yaddaşıdır Xocalı.

Erməniydi qatillərin milləti,
Vurun-dedi, türklər çəksin zilləti.
O gecədən xalqımızın illəti,
Başımıza göy daşıdır Xocalı.

Nə oğuldur intiqamın almasa,
Son!-soyləyir göz yaşına, son!-yasa.
Hamımızı haraylayar qisasa,
Xalqıma yol yoldaşıdır Xocalı.

Yetir işin sona, səsin susmasın,
Nağıqızı, ana səsin susmasın.
Susanları qına səsin susmasın,
Susanların qarğışıdı Xocalı.

HOCAM
Adınnan şəfaya gəldim,
Dərdim bir bölükdü, hocam.
Ürəyini nə var gördüm:
Adından böyükdü, hocam.

Bumuş baxtımnan yazılan,
Sevənlərim qalıb nalan.
Umudum göydən asılan
Amana bənd tükdü, hocam.

Haqnan olanlar tox olar,
Qoru-qorxusu yox olar.
Dilək diləyən çox olar,
Dilək verən təkdi, hocam.

Hara düşsə də güzarı,
Haqqın bulunmaz məzarı.
Ömür atəşdi, azarı
Oduna körükdü, hocam.

Gözüm yaşı gildır-gildır,
Türk olana dünya dardır,
Xocalı bir Kərbəladır,
Qarabağ bir yükdü, hocam.

Türk türkün qədrin bilməsə,
Haya, havara gəlməsə,
Türkmanın qəlbi gülməsə,
Hər köyüm Kərkükdü, hocam.

Mahirənin qəlbi dolu,
Kökü qədim, əsli ulu.
Qılınc tutmaz Çakaloğlu,
Şəfa verən türkdü hocam.

XOCALI

O gecə Xocalıda,
Daş-divar güllələndi,
Ağaclar güllələndi,
Adamlar güllələndi.

Rus-erməni tankları,
Nə var tırtılnan əzdi.
Qanla qar suvardılar,
Qandan ayaz öləzdi.

Anaların fəryadı,
Diksindirdi Tanrını.
Qan donmağa qoymadı,
Uşaq ayaqlarını.

Dinc, silahsız adamlar,
Ölümlə baş-başaydı.
Xocalıda olanlar,
Amansız tamaşaydı.

SON DÖYÜŞƏ HAZIR OL!

Azərbaycan əsgəri, yolun Şuşaya gedər,
O yürüşün naminə son döyüşə hazır ol!
İntizarda Laçındı, Zəngilandı, Kəlbəcər,
Bir görüşün naminə son döyüşə hazır ol!

Hədəfin düşmən olsun, o silahlı yalquzaq
Get, yolun açıq olsun, xata-baladan uzaq.
Adına layiq olan şeir, mahnılar yazaq,
Uca işin naminə son döyüşə hazır ol!

Bəxtəvər o anadır Vətən üçün ər verə,
Oğul doğa, böyüdə, Vətənə əsgər verə.
Millətimin adına Tanrı bəxtəvər verə,
O alqışln naminə, son döyüşə hazır ol!

Artıq
bizim səbrimiz doldu, komandan- dedin,
Baş komandan vur- dedi, "Oldu, komandan!"-dedin.
"Siz göstərən yönüm - yön, yoldu, komandan"- dedin,
Dirənişin naminə, son döyüşə hazır ol!

Durdun, ayağa qalxdın, düşməni lal eylədin,
Əmdiyin ana südün özün halal eylədin.
Bayrağımın rəngini bir az da al eylədin,
Od-atəşin naminə, son döyüşə hazır ol!

Sən Vətənin gücüsən, vətənin əsgər oğlu,
Vətən haya çağırmaz, haraylamaz hər oğlu.
Qızlar gül-çiçəyiylə süslər müzəffər oğlu,
O gəlişin naminə, son döyüşə hazır ol!

XOCALI
XOCALI
\скачать dle 12.1