Bia.Az

“Quru sərhədlərin bağlı saxlanması anlaşılan deyil”- ekspert

Sosial
 19-04-2023, 15:34     428

“Dünyada COVİD-19-la bağlı məhdudiyyətləri saxlayan, karantin rejimi adı altında məhdudiyyətləri uzadan ölkə qalmayıb. Ən son Çin yanvarın 8-də bu rejim aradan qaldırıldı”.


Bu fikirləri Musavat.com-a iqtisadçı ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, rejimin davam etdirilməsinin heç bir məntiqi yoxdur: “Bunun nəticəsi olaraq, quru sərhədlərin bağlı saxlanması ümumiyyətlə, anlaşılan deyil. Əgər təhlükəsizliklə bağlı hər hansı səbəblər varsa, əhaliyə izahat verilsə daha yaxşı olar. Amma bu da o qədər də keçərli səbəb deyil, çünki dövlətimiz güclüdür. Xüsusi xidmət orqanları, DSX, hüquq-mühafizə orqanları vəziyyətə nəzarət etmək qabiliyyətinə malikdirlər. Xarici səbəblərə görə quru sərhədləri bağlı saxlamaq doğru deyil. Bu, ticarətə, turizmə zərər vurur. Nazirlər Kabinetinin qərarları, Turizm Agentliyinin hədəfləri var. Quru sərhədlərini bağlı saxlayan ölkə turizm sahəsindəki hədəflərinə çata bilməz”.

Ekspert xatırlatdı ki, quru sərhədlərin bağlı qalması insanların psixoloji vəziyyətinə də pis təsir edir: “Artıq 3 ildir ki, qonşu ölkələrdə yüz minlərlə soydaşımızın Azərbaycandakı qohumları ilə əlaqə yaratmasında ciddi problemlər yaşanır. Düşünürəm ki, karantin rejiminin uzadılmasının virus təhlükəsi ilə əlaqəsi yoxdur”.скачать dle 12.1