Bia.Az

İsmayıllı sakini rayon Məhkəməsinin hakimi İlqar Hüseynovdan DAD DÖYÜR - Şikayət

Sosial
 21-02-2023, 02:05     508

BİA.az-a İsmayıllı rayonu M.Orucov küçəsi 41 nömrəli ünvanda yaşayan Telli Hacıyeva şikayət ərizəsi göndərib. Vətəndaşın şikayəti İsmayıllı rayon məhkəməsinin hakimi İlqar Hüseynov barədədir.

Şikayətci yazır: "Mən 2007-ci ildə ailə qurmuşam. Həmin ildən həyat yoldaşımla birlikdə həyat yoldaşımın nənəsinin evinə gəlin köçmüşəm. O vaxtdan İsmayıllı rayonu M.Orucov küçəsi 41 nömrəli evə, yəni yoldaşımın nənəsigildə həyat yoldaşımla pasport qeydiyyatına düşmüşük. 2010-cu ildə həyat yoldaşım dünyasını dəyişib. Mən və 3 övladım həmin ünvanda  qeydiyyatda olmaqla hazırda orada yaşayırıq.

Sözü gedən bu mənzildə bizdən başqa həyat yoldaşımın nənəsi və biz yaşamışıq. 2020-ci ilin sentyabr ayında yoldaşımın nənəsi də dünyasını dəyişib. Onu da bildirmək istəyirəm ki, gəlin gəldiyim gündən həmin nənəyə mən baxmışam. Evin komunal xərclərini mən ödəmişəm. İndi isə həyat yoldaşımın bibisi Əliyeva Aybəniz Paşa qızı mənim 3 uşaqımla evdən çıxmaqımı tələb edərək İsmayıllı rayon məhkəməsinə müraciət edib.Bu işə baxmaq üçün məhkəmənin hakimi İlqar Hüseynov 5 dəfə ayrı-ayrı vaxtlarda hazırlıq iclası keçirib, aylarla, yəni 4 aya yaxın qarşı tərəfdən danışmalar və razılaşmalar vasitəsi ilə məhkəməni uzadaraq qarşı tərəfin xeyrinə qərar qəbul etdi. Aldığım məlumata görə məhkəmədə hazırlıq İCLASI 1 dəfə olur. Bəs, görəsən hakim İ.Hüseynov nə məqsədlə məhkəməni 5 dəfə hazırlıq keçirməklə uzatdı.Mənə elə gəlir ki, hakim qarşı tərəfdən gözlədiyini aldıqdan sonra qeyri-qanuni olaraq evi Aybəniz Əliyevaya verməyi qərara aldı.

Məhkəmənin sonunda hakimə iradımı bildirdim. O, isə saymazyana, kobudcasına məni rədd etdi. Xahiş edirəm hakim İ.Hüseynovun qanuna zidd hərəkəti, davranışı, kobudluğu ilə bağlı tədbir görəsiniz. Mənə qanun çərçivəsində həmin mənzildə yaşayış hüququnun verilməsində köməklik edəsiniz."

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
скачать dle 12.1