Bia.Az

Gürcüstan: pensiyaçı nə qədər alır?

Sosial
 19-02-2023, 16:32     246

2023-cü il yanvarın 1-nə Gürcüstanda 808,3 min nəfərə yaxın pensiyaçı qeydə alınıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Milli Statistika Xidməti bildirir ki, onların 28,7 faizi kişilər, qalanı qadınlardır. Ölkədə qadınlar 60, kişilər 65 yaşda pensiyaya çıxır.

Açıqlamaya əsasən, hazırda 70 yaşa qədər şəxslər minimum 300 lari, 70 və daha yuxarı yaşlı şəxslər 365 lari pensiya alır. Yüksək dağlıq bölgənin pensiyaçıları üçün minimum məbləğ müvafiq olaraq 355 və 440 laridir.

100 Gürcüstan larisi 64,45 manatdır.

Azərbaycanda kişilər 65, qadınlar 63 yaşda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.

İlkin rəsmi statistikaya görə, 2023-cü ilin əvvəlinə ölkədə 1,1 milyon pensiyaçı qeydiyyata alınıb.

Minimum pensiya 280 manatdır.скачать dle 12.1