Bia.Az

"Paşa Holding" Türkiyəyə 1 milyon dollar ianə etdi

Sosial
 10-02-2023, 20:56     255

Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması, yaralanması və evsiz qalması ilə əlaqədar Azərbaycandan qardaş ölkəyə yardım göstərilməsi davam edir.

Axar.az xəbər verir ki, “PAŞA Holding” və onun törəmə şirkətləri zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Türkiyənin iki önəmli yardım fonduna - AHBAP-ın və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hər birinə 500 min dollar olmaqla ümumilikdə 1 milyon dollar ianə edib.

“Bütün şirkətlər qrupumuz adından həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını və zəlzələnin nəticələrinin qısa müddətdə aradan qaldırılmasını arzulayırıq”, - deyə “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov bildirib.скачать dle 12.1