Bia.Az

Aktyorların maaşları niyə verilmir? - AÇIQLAMA

Sosial
 8-02-2023, 12:32     231

Akademik Milli Dram Teatrının aktyorlarının maaşları gecikib.

DİA.AZ bildirir ki, bu barədə Qaynarinfo-ya sözü gedən teatrdan məlumat verilib. Aktyorlar artıq 12-13 gündür ki, əmək haqqalarını ala bilmədiklərini vurğulayıblar. Onlar əmək haqqlarının hər ayın 28-30-da aldıqlarını bildirirlər.

Bəs maaşların gecikməsinə səbəb nədir?

Akademik Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, il dəyişəndə yeni maliyyə hesabatları açılır:

"Maaşlarda artım olub, əmək haqqlarında dəyişikliklər var, onunla bağlı hesablamalar aparılır. Əməkdaşlar maaşlarını hər ayın 1-də alır. Gecikmə 8 gündür. Yaxın iki-üç gündə bütün maaşlar hesablara köçürüləcək”.
скачать dle 12.1