Bia.Az

Qubad İbadoğlu iki artım təklif edir

Sosial
 6-02-2023, 17:17     250

İqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu sosial təkliflə çıxış edib.

 Novator.az-ın məlumatına görə, o yazır ki, müharibə veteranlarına prezident təqaüdünün məbləği 2019-cu il aprelin 1-dən 80 manatdır: “Həmin gündən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə 60 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. Bir çox məcburi köçkünün istifadə etdiyi təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar dövlət hesabına mərkəzləşmiş qaydada ödənir. Onlar üçün vahid aylıq müavinətin məbləği 33 manatdır.

Aradan 4 ilə qədər vaxt keçib və bu müddətdə kommunal xidmətlər bahalaşıb, ictimai nəqliyyatda gediş haqqı artıb. Azərbaycan hökuməti sosial ədalətsizliyi aradan qaldırmaq üçün ən geci fevralın 1-dən müharibə veteranlarına prezident təqaüdünün və məcburi köçkün müavinətinin məbləğlərini 50 faiz artırmalıdır”.
скачать dle 12.1