Bia.Az

Dəmir yolu üzrə gediş haqları artırılır?

Sosial
 1-02-2023, 01:56     250

Hazırda dəmir yolu üzrə gediş haqqının dəyişdirilməsi nəzərdə tutulmayıb.

Axar.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

"Səhmdar Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli Fərmanına əsasən, dəmir yolu daşımalarında tariflər və yığımlar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müəyyən edilir", - açıqlamada deyilir.скачать dle 12.1