Bia.Az

Elm, nəhayət, bu suala da CAVAB TAPDI - Niyə ən yaxşı ideyalar...

Sosial
 30-01-2023, 19:59     251

Niyə ən yaxşı fikirlər ağlımıza duş alarkən gəlir?

Buxar və köpüklər arasında gözəl duş təkcə bədəni deyil, həm də zehni rahatladır, şüur və yaradıcılığı gücləndirir.

Musavat.com-un xəbərinə görə, bu barədə "The Washington Post"da maraqlı məqalə dərc olunub.
Tədqiqatlar göstərir ki, "duş effekti" kimi tanınan anlayış duşdan kənarda da baş verə bilər. Buna görə də, bizim ən yaxşı düşüncələrimizin çoxu işdə və ya məktəbdə deyil, məhz günlərimizin daha darıxdırıcı anlarında və daha arxa planında yaranır.
Aparılan araşdırmada iştirak edən 98 peşəkar yazıçı və 87 fizik hər gün ağıllarına gələn yaradıcı fikirləri və bu düşüncələr yarandıqda nə etdiklərini qeyd ediblər. Onların ən mənalı ideyalarının 20 faizi duş qəbul edərkən və ya qabları yuyarkən, yaxud başqa bir iş görərkən ortaya çıxıb. Maraqlıdır ki, yazıçıların və fiziklərin iş yerindən kənarda ağıllarına gələn ideyalar kifayət qədər yaradıcı və əhəmiyyətli olub.
the-20-most-brilliant-shower-tho.jpg (175 KB)
Kaliforniya Universitetinin psixologiya və beyin elmləri professoru, həmçinin tədqiqatın rəhbəri Conatan Skulerin sözlərinə görə, duşun yaradıcılığa təsiri, əslində, zehnin dolaşmasının məhsuludur. Zehnin dolaşması hər hansı fiziki işlə məşğul olarkən diqqətinin daxili dünyamıza yönəlməsidir. 
1100-dən çox iştirakçının iştirak etdiyi başqa bir araşdırmada insanların 30 faizi duşda, 13 faizi yolda, 11 faizi isə məşq zamanı dərin fikrə getdiyini bildirib.
Tədqiqata görə, fəaliyyətin maraqlı olması ilə fikirlərin yaradıcılığı arasında əlaqə var: Fəaliyyət maraqlı deyilsə, yaxud orta dərəcədə maraqlıdırsa, insan sıxılır və yeni ideyalar ortaya çıxarır. Duş da məhz belə bir fəaliyyətdir. Yox, əgər çox maraqlıdırsa, bütün diqqət fəaliyyətə yönəldiyi üçün insanın ideya yaratması mümkün deyil.
Yeni ideyalar və kreativ düşüncələr yaratmaq qabiliyyəti insan beyninin "standart rejim şəbəkəsindən" (DMN) qaynaqlanır. Bu şəbəkə düşüncələrimiz daxilə yönəldikdə aktiv olur.скачать dle 12.1