Gözdən əlillər ETİRAZ EDİR... - "Yoxlamalar QƏRƏZLİDİR..."
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həyata keçirilən yoxlamalar bu mərkəzdə fəaliyyət göstərən gözdən əlillərin narazılığına səbəb olub. Bununla bağlı DİA.AZ-a bir neçə müraciət ünvanlanıb.
Müraciət müəllifləri həyata keçirilən yoxlamaları ümumi işlərinin əleyhinə olduğu, görülən işləri kölgəyə almaq məqsədi daşıması və qərəzli xarakterdə olması qənaətindədirlər.
DİA.AZ olaraq gözdən əlillərin redaksiyamıza yolladığı müraciətlərin bəzilərini təqdim edirik...
VİDEO BURADA:
Məsələ diqqətimizdədir. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...