Bia.Az

Unun qiymətinin düşməsi çörəyin ucuzlaşmasına təsir edibmi? - AÇIQLAMA

Sosial
 4-01-2023, 13:26     280

Dünən sosial şəbəkələrdə məlumat yayıldı ki, unun qiyməti enib. Yayılan məlumatda deyilir ki, “Karat Holding” bir kisə “Karmen” ununun qiymətini 41 manatdan 38 manata endirib. Şirkət həmçinin qeyd edib ki, 2022-ci il Azərbaycanın un sənayesi üçün çətin il olub. Demək olar ki, bütün il ərzində ölkənin un dəyirmanları sıfır rentabelliklə işləyib, hətta bəzi müəssisələr zərər də görüb. Lakin, dünyanın taxıl bazarındakı mövcud vəziyyətlə əlaqədar və rublun manata nisbəti nəzərə alınmaqla Azərbaycanda unun bir tonunun qiyməti 55 manat ucuzlaşıb.

Məsələ ilə bağlı Azad İstehlakçılar İB-nin sədri Eyyub Hüseynovla əlaqə saxladıq.

O, bildirdi ki, unun bir kisəsində qiymətlər 3 manat yox, cəmi 1 manat aşağı düşüb:

“Birliyimiz yayılan informasiyanı dəqiqləşdirmək üçün araşdırma aparıb. Məlum olub ki, qiymətdə cəmi 1 manat enmə var. Bu da çörəyin qiymətinin aşağı düşməsinə səbəb ola bilməz.

Ən yaxşı halda bu çörəyin keyfiyyətinə təsir edə bilər. Lakin, çörəyin qiymətinin aşağı düşməsi üçün gərəkdir ki, unun bir kisəsinin qiyməti 10-15 faiz aşağı düşsün. Təsadüfi deyil ki, çörəyin qiymətinin aşağı düşməsi faktı hələki qeydə alınmayıb”.
//Bizim.Media//скачать dle 12.1