Bia.Az

Pensiyalar və müavinətlərlə bağlı şad xəbər - Yanvarın 1-dən artımlar olacaq

Sosial
 27-12-2022, 13:36     238

Əmək pensiyalarının orta aylıq məbləği 12 faiz artıb.

BAKU.WS xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfrasında bildirib.

O əlavə edib ki, cari ildə əmək pensiyalarının orta aylıq məbləği 372 manat təşkil edib. 2023-cü il üzrə bu məbləğ 423 manat proqnozlaşdırılıb.

"Əgər biz bu göstəricini ötən ilin rəqəmləri ilə müqayisə etsək, bu zaman 12 faizlik artımı görə bilərik. Həmin rəqəmi 2018-ci illə müqayisə etsək isə 68 faizdən artıq artımın olduğunu müşahidə edərik.

Həm müavinətlər və təqaüdlərin, həm də əmək pensiyalarının artırılması istiqamətində də müvafiq tədbirlər görüləcək", - deyə Himalay Məmişov vurğulayıb.
скачать dle 12.1