Bia.Az

İcra başçısı türmədə olan rayonun Talış adlı PROBLEMLİ kəndindən REPORTAJ

Sosial
 24-12-2022, 16:59     247

Şəmkirin Talış kəndi uzun illərin yığılıb qalan problemləri içərisində itib-batır desək, heç də yanılmarıq. Kənd Şəmkirə uzaq, Samux rayonuna yaxındır. Kəndin başlıca problemi yoldur.

Palçıqlı və keçilməz yolları işıqlandırmaq üçün Talış kəndinin yaxınlığında avtomobilimizi saxlayıb bir balaca piyada getmək məcburiyyətində qaldıq. Ümumiyyətlə bu kənddə avtomobildən çox az istifadə edilir. Sakinlər üçün ən münasib nəqliyyat vaistəsi velosipedlərdir.

Yolsuzluq Talış kəndində yaşayanları sözün həqiqi mənasında yorub. Kəndə nə təcili yardım gəlir, nə də həkim.

Talış kəndi Şəmkir rayonun mərkəzindən 40 km məsafədə yerləşir. Bu kənddə vaxtı ilə almanlar da yaşayıb. Kənd uzun illər Kamuna adlandırılıb. İndi yaşayış massivində təxminən 150-ailə qalır. Onların əsas məşğuliyyəti hevandarlıq və əkinçilikdir. Kənddə sonuncu dəfə ictimai nəqliyyatı nə zaman görüblər, xatırlayan olmadı. Rayon rəsmilərinə problemlərini çatdırmaq istəyən hər hansı sakin Şəmkirə bir dəfə getmək üçün azı 30 manat xərcləməlidir.

Kənd sakinləri təhsil sistemindən də narazıdır. Söhbət ondan gedir ki, kənddə məktəb 9 illikdir. 9-cu sinifi bitirən şagirdlər ya Samuxun, ya da Şəmkirin məktəblərindən birinə getməlidir. Bu da şagirdlər üçün uzun yol deməkdir. Bir sözlə kənd gözdən uzaq olduğu kimi, könüldən də kənar düşüb.

Bəs Şəmkir rayonunun kəndlərində infrastruktur işlərinin yaxşılaşdırılması üçün hansı tədbirlər görülür? Sualımızı Rayon İcra Hakimiyyətinə ünvanlamaq istəsək də təəssüf ki, cavablandıran olmadı. Görünür deməyə sözləri qalmayıb. Hər halda biz gördüklərimizi çəkib, TV Musavat olaraq elə yerli qurumlara da göstərdik. Ümid edək ki, Talış kəndinin problemləri ən azından tədricən həllini tapar.

Musavat.com
скачать dle 12.1