Bia.Az

Hacı Mazan binanın liftini özəlləşdirib? - Bina sakinlərinin hüquqları pozulur

Sosial
 21-12-2022, 15:43     256

"Hacı Mazan" ləqəbi ilə tanınan iş adamı Ramazan Zeynalovun barəsində daha bir qalmaqallı məlumat sosial medialardan birində yayımlanıb.

"DogruXeber.az" xəbər verir ki, yayılan məlumatlarda Hacı Mazanın yaşadığı Şövqüyar Abdullayev. Ev 23 ünvanında binanın iki liftindən biri birbaşa 9-cu mərtəbəyə - onun evinə işlədiyi, başqalarının o lifdən istifadə etməsinin mümkünsüz olduğu bildirilir.
Binanın digər sakinlərinin liftdən istifadə edə bilmələri üçün isə onlara 1000 (min) manat ödəməklə liftdən istifadə kartı təklif olunur.
Ödənişi ödəyə bilməyən sakinlər bu durumdan narazılıq edir, digər liftin isə tez-tez xarab olduğunu bildirirlər.

Hüquqşünaslar isə bunun bina sakinlərinin mülkiyyət hüququnun pozulması halı, sakinlərin isə Ramazan Zeynalov barəsində məhkəmə müraciət etməklə, pozulmuş hüquqlarını bərpasını tələb etmək haqqlarının olduğunu bildirirlər.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.скачать dle 12.1