Bia.Az

Təqaüdü kəsilən əlilin ACINACAQLI DURUMU... - NAZİRİN NƏZƏRİNƏ...

Sosial
 15-12-2022, 14:24     291

“Bir il 4 aydır pensiyam kəsilib, tənha və kimsəsiz qadınam. Evim də yoxdur, başqasının evində müvəqqəti məskunlaşmışam.. Kimsə nəzir deyir, başqa birisi fitrə çıxarıb verir, artıq belə dolana bilmirəm”.

Bunu Meydan TV-yə Neftçala rayon, 1-ci Mayak kənd sakini, 1963-cü il təvəllüdlü Gülüstan Əliyeva bildirib.

Şikayətçinin sözlərinə görə, pensiya aldığı dövrdə müalicəsi üçün 1500 manat kredit götürüb, pensiya kəsildiyindən krediti ödəyə bilmir, banka borcu yaranıb:

“Kredit götürəndən bir ay sonra pensiyanı kəsdilər. İllərdir əlilliyə görə pensiya alırdım, indi deyirlər ki, sənə pensiya düşmür. 60 yaşım bir ay sonra olacaq, qocalığa görə də pensiya ala bilmirəm”.

Təqaüdü kəsilən əlilin ACINACAQLI DURUMU...

Şikayətçi deyir ki, icra hakimiyyətindən bir neçə dəfə yardım alıb, amma ona sosial yardım da verilmir.

“Dindar uşaqlar yardım verirlər, əgər yemək verən olmasa, ac qalaram. Yeriyə bilmirəm, bir tərəfdən də yüksək təzyiqdən əziyyət çəkirəm. Nə yaxım qohumum, nə də ailəm var. 10 ildən çox idi pensiya alırdım, indi deyirlər pensiya ala bilmirsən. İcra hakimiyyətinə deyirəm “acam”, yardım edirlər, amma nə vaxtadək belə yaşayacam? Bayramda ərzaq yardımı edilir. Qonşu yemək bişirir, bir qab da mənə verir”, – Gülüstan Əliyeva deyib.

Təqaüdü kəsilən əlilin ACINACAQLI DURUMU...

Gülüstan Əliyevanın məskulaşdığı evin yaxınlığında yaşayan qonşulardan biri də onun yarıac-yarıtox yaşadığını, müalicəsinə pul tapmadığını, bir neçə xəstəlikdən əziyyət çəkdiyini deyib:

“Yardımla yaşamaq mümkün deyil. Mütləq dövlətin dəstəyi lazımdır”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Meydan TV-yə müraciətin araşdırılacağı bildirilib.
скачать dle 12.1