Bia.Az

Ağciyərin sağlamlığını qoruyan 6 MƏHSUL

Sosial
 10-04-2020, 11:11     351

Ağciyərin sağlamlığını qoruyan 6 MƏHSULBəzi qida məhsulları ağciyərin sağlamlığını qorumağa kömək edir. Bu məhsullar ağciyərin funksiyalarını yaxşılaşdırır, təmizləyir, ağciyər xəstəlikləri zamanı sağalma proseslərini sürətləndirir, ağciyəri ağır xəstəliklərin inkişafından qoruyur.

Koronavirus epidemiyası zamanı bu məhsulların istehlakı xüsusilə vacibdir.

bia.az xarici KİV-lərə istinadla bu məhsulları sizə təqdim edir:

Cəfəri

Apigenin maddəsi sayəsində cəfəri ağciyərin hüceyrələrini qoruyur, iltihablar və ağciyər xəsrçənginin riskini azaldır.

Kərə yağ

Ağciyərin sağlamlığı üçün kərə yağının istehlakı çox vacibdir. Mütəxəssislər ağciyəri respirator və virus xəstəliklərdən qorumaq üçün hər gün səhər yeməyi zamanı 20 qr kərə yağı yeməyi tövsiyyə edirlər.

Sarımsaq

Sarımsaq allisin maddəsi ilə zəngindir. Allisin mikrobları öldürür, respirator xəstəliklərinin ehtimalını azaldır. Araşdırmalar göstərir ki, həftədə ən azı 2 dəfə 1 diş sarımsağın istehlakı ağciyər xərçənginin riskini 40% azaldır.

Brokkoli

Con Xopkins Tibbi məktəbinin alimləri aşkar ediblər ki, brokkolinin tərkibində olan sulforafan maddəsi ağciyərin təmizlənməsi prosesini stimullaşdırır.

Alma

Alma ağciyər hüceyrələrini qoruyur və onların bərpa proseslərini stimullaşdırır.

Su

Həmçinin ağciyərin yaxşı fəaliyyəti üçün suyun kifayət miqdarda istehlakı çox vacibdir. Alimlər hər gün 1-1,5 l su içməyi tövsiyə edirlər.скачать dle 12.1