Bia.Az

Pensiyalar nə qədər arta bilər?

Sosial
 11-11-2022, 14:10     276

Azərbaycanda əmək pensiyası orta maaşın illik artım tempinə uyğun indeksləşdirilir, proses Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi bilgi əsasında aparılır. İllik yekun rəqəm 2023-cü ilin fevral ayında açıqlanacaq.

Novator.az bildirir ki, rəsmi hesabata görə, 2022-ci il oktyabrın 1-nə Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 14,4 faiz artıb.

2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçıları (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) bu il 200 manat məbləğində maddi yardım alır (hər rübün əvvəlində 50 manat). Qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına yanvarın 1-dən əmək pensiyası məbləğinin 10 faizi məbləğində aylıq maddi yardım verilir.

2023-cü il yanvarın 1-dən hər iki yardım pensiyaçıların pensiyalarının tərkibinə daxil olacaq, yekun pensiya məbləğləri orta aylıq əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək.

Əmək pensiyasının minimum məbləği 240 manatdır.скачать dle 12.1