Bia.Az

Xocalı faciəsinin 28-ci ildönümünə hazırlıq yekunlaşır - VİDEO

Sosial
 25-02-2020, 18:45     476

Xocalı faciəsinin 28-ci ildönümünə hazırlıq yekunlaşır - VİDEOXocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonundakı Xocalı parkı və “Ana harayı” abidəsinin yerləşdiyi ərazidə ziyarətlə əlaqədar hazırlıq işləri başa çatır.

Parkın giriş hissəsinə, həmçinin, Xocalı və Yusif Səfərov küçələri boyunca yeni yaşıllıq örtüyü salınıb və gül kolları əkilib. Qərənfillərdən müxtəlif kompozisiyalar hazırlanıb. Hazırlıq işlərinin axşam saatalarına yekunlaşacağı gözlənilir. Hazırda məktəblilər, idarə və təşkilatların nümayəndələri və digər qruplar abidənin önünə gül dəstələri qoyur və faciə qurbanlarını anır.

Qeyd edək ki, hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni on minlərlə insan ziyarət edir.

Bakı Şəhər 307 nömrəli tam orta məktəbin şagirdləri faciə qurbanlarına rəhmət diləyib və onların qisasının tez bir zamanda alınacağına inandıqlarını bildiriblər.

“Axin.az” “Ana harayı” abidəsinin yerləşdiyi ərazidəki hazırlıq işlərindən video və fotoreportajı təqdim edir:

скачать dle 12.1