Bia.Az

İranın Qafandakı konsulu Azərbaycana SÖZ ATDI - "...biz erməni xalqı naminə buradayıq"

Siyasət
 21-10-2022, 20:01     174

"Biz Ermənistanda sülh elçiləriyik. İranın yüksək rütbəli rəsmiləri dəfələrlə və aydın şəkildə bəyan ediblər ki, ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə və ərazi bütövlüyünə hörmət edilməlidir. Xarici işlər naziri çıxışında bunu bir daha aydın şəkildə qeyd edib".

Modern.az-a xəbər verir ki, bu sözləri İranın Qafandakı Baş konsulu Abedin Varamin jurnalistlərə açıqlamasında deyib.

İranın Qafandakı konsulu Azərbaycana SÖZ ATDI

"Biz çox açıq deyirik ki, sərhədlərdə heç bir dəyişikliyi rəsmi olaraq tanımırıq. Biz sülh və sabit Ermənistan istəyirik. Mən Qafan sakinlərinə məsləhət görərdim ki, narahat olmasınlar, biz erməni xalqı naminə buradayıq", - baş konsul çıxışında dolayısı ilə Azərbaycana söz atıb.

Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullohian Qafanda konsulluğun açılış mərasimində çıxışı zamanı Ermənistanla bağlı təriflər yağdırıb. İkitərəfli əməkdaşlıqdan söz açan nazir Ermənistanın təhlükəsizliyinin İran üçün vacib olduğunu söyləyib.

XİN başçısı, həmçinin vurğulayıb ki, İran Ermənistanın təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir.
скачать dle 12.1