Bia.Az

ƏRDOĞANDAN KRİTİK ŞUŞA HƏMLƏSİ - Fransa və İrana mesaj verildi...

Siyasət
 21-10-2022, 19:22     180

“Biz də Şuşada konsulluq açırıq”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

Türkiyə Prezidenti bildirib ki, böyük bədəllər ödənərək uzun illər sonra bölgədə davamlı sülh şansı yaranıb: "Biz bütün səmimiyyətimizlə Ermənistanın bu tarixi fürsəti dəyərləndirməsini gözləyirik”.
“Azərbaycan-Ermənistan müzakirələrindəki irəliləyişin Türkiyə-Ermənistan arasında normallaşma prosesinə müsbət töhfə verəcəyi şübhəsizdir. Qardaş Azərbaycanla əməkdaşlığımızı “tək millət, iki dövlət” şüarı ilə hər sahədə daha da gücləndirməkdə qətiyyətliyik. Səfərimin sadəcə ikitərəfli əlaqələr baxımından yox, bütün bölgəmiz üçün xeyirlərə vəsilə olmasını arzulayıram”, - Türkiyə Prezidenti qeyd edib.
Qeyd edək ki, hələ ötən il iyun ayının 15-də Şuşada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin imzalanması törənində bəyan etmişdi ki, ən qısa zamanda Türkiyənin Şuşada Baş Konsulluğu açılacaq. Bununla Türkiyə Azərbaycanın ərazi bütövlüyünə, xarici təhlükələr məsələlərində Bakıya qeyd-şərtsiz dəstəyini bir daha təsdiqləmiş olacaq.
Yəni Şuşada Türkiyənin konsulluğunun açılacağına dair qərar xeyli müddət əvvəl verilib. Ancaq bunun  tezləşdirilməsi, heç şübhəsiz regionda baş verən hadisələr, Azərbaycan əleyhinə olan qüvvələrin aktivləşməsi ilə bağlıdır.
Xüsusən ABŞ, Fransa və İranın anti-Azərbaycan fəaliyyətlərini genişləndirməsi, erməniləri silahlandırmağa başlamaları, sərhədimizdə hərbi təlimlər keçirmələri, Parisin Bakıya qarşı sanksiyalara çalışması, Tehranın Qafanda konsulluq açmaq niyyəti Türkiyənin Bakıya dəstəyini daha gur səslə bəyan etməsi zərurəti yaradıb. 
Bu baxımdan Ərdoğanın məhz Bakıdan dönərkən Şuşada konsulluq açacağını bəyan etməsi Azərbaycan əleyhinə aktivləşən qüvvələrə mesaj xarakteri daşıdığı şübhə doğurmur. Bununla Ərdoğan bir daha Türkiyənin Azərbaycanın yanında olduğunu, bütün təxribatlara qarşılıq veriləcəyini bəyan edir!скачать dle 12.1