Bia.Az

Odla oynayan MƏXMƏRİ RƏQQASƏ: Paşinyan... - Bu, Ermənistana baha başa otura bilər...

Siyasət
 21-10-2022, 09:28     174

"Qarabağ separatçılarının lideri Araik Arutyunyana İrəvandakı görüşlərdə izah etdilər ki, Ermənistan gücsüzdür, Azərbaycanla şifahi razılaşmalar var, ona görə problemlərinizi özünüz həll edin".

 Bu barədə politoloq Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, Araik Arutyunyan indi Moskvaya getməyə hazırlaşır ki, Rusiyadakı dairələrin mövqeyini öyrənsin: "Arutyunyan Moskvadan dəstək umarkən, İrəvan Qərblə yaxınlaşmağa çalışır. ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosidən sonra Nümayəndələr Palatasının Demokratik Tərəfdaşlıq Komitəsinin sədri Deyvid Prays İrəvana gedib.

Amerikalı konqresmenlər və diplomatlar Azərbaycanla qarşıdurmada Ermənistana bir şərtlə dəstək vədi verirlər ki, İrəvan Rusiyadan uzaqlaşsın. Məsələn, qatı ermənipərəst konqresmen Frenk Pallone son açıqlamasında bildirib ki, ABŞ Ermənistanın təhlükəsizliyinə, o cümlədən NATO ilə yaxınlaşmasına təminat verməyə hazırdır.



Ancaq bunun üçün İrəvan Moskva ilə təhlükəsizlik anlaşmalarına yenidən baxmalı və Rusiyanın Gümrüdəki hərbi bazasından imtina etməlidir. Amerikalılar Nikol Paşinyanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da tərkə təşviq etməyə çalışırlar. Bu, Paşinyan üçün təhlükəli gedişatdır. Çünki baş nazir anlayır ki, Rusiya ilə ittifaqdan imtina onun özünə və Ermənistana baha başa gələcək. Rusiyanın yerinə ABŞ-ın Ermənistanın təhlükəsizliyinə təminat verəcəyinə əmin deyil"./DİA.AZ/скачать dle 12.1