Bia.Az

”Azərbaycan istənilən vaxt Laçın dəhlizini bağlaya bilər” - NƏ BAŞ VERİR?

Siyasət
 19-10-2022, 10:59     174

“Azərbaycan Qarabağ Zəfərindən sonra Ermənistana əsaslı sülh təklif etdi”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib. O bildirib ki, sülh müzakirələrini sürətlənərək davam etməsi üçün Cənubi Qafqazdakı sabitlik üçün son dərəcə vacibdir:

“Ermənistan gec olsa da, müsbət cavab verdi. Azərbaycan haqlı olaraq deyir ki, Laçınla Zəngəzur dəhlizləri eyni statusda olmalıdır”. BİA.AZ-ın məlumatına görə, AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə Cebhe.info-ya bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra imzalanmış üçtərəfli Bəyanatda dəhlizlər məsələsi ilə bağlı məqamlar yer alıb:

“Təbii olaraq, Azərbaycan hər zaman olduğu kimi, beynəlxalq hüquqa və imzalanmış sənədlərə hörmətlə yanaşaraq Laçın dəhlizinin açıq saxlanılması ilə bağlı öz üzərinə düşən öhdəlikləri yerinə yetirib. Ermənistan isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələni müxtəlif bəhanələrlə yubadıb və bunun reallaşmaması üçün müxtəlif təxribatlar törədib. Əgər biz bu dəhlizlərin statuslarını müqayisə etsək, fərq aydın şəkildə ortaya çıxacaq. İlk növbədə nəzərə almaq lazımdır ki, Laçın dəhlizi humanitar xarakterli olmalıdır. Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikasını birləşdirəcək kommunikasiya yolları açılmalıdır. Bu isə Zəngəzur dəhlizidir. Bu dəhliz təkcə humanitar deyil, daha geniş məqsədlər üçün nəzərdə tutulub. Həmçinin, Zəngəzur dəhlizi iqtisadi və siyasi xarakterli olmalıdır”.

Tarixçinin sözlərinə görə, Laçın dəhlizi adlanan ərazi xırda məqsədlər üçün nəzərdə tutulub:

“Bu, Azərbaycanın Qarabağ bölgəsinin bir neçə yaşayış məntəqəsində yaşayan erməni əhalisinin istədiyi halda Ermənistanla rahat şəkildə əlaqə saxlaması üçündür. Zəngəzur dəhlizi isə daha qlobal məqsədlərə xidmət edir. Bu, həm Asiyanı və Avropanı bir-birilə birləşdirəcək, həm də daha böyük iqtisadi maraqlara cavab verəcək. Bu baxımdan Zəngəzur dəhlizi ideyası Laçın dəhlizi ilə müqayisədə daha böyük bir anlayışdır və həyata keçirilməsi çox mühümdür”.

Elnur Kəlbizadə qeyd edib ki, əgər Laçın dəhlizindən hərbi və təxribatçı məqsədlər üçün istifadə olunarsa, Azərbaycanın onu bağlamaq hüququ var:

“Azərbaycan öz suveren əraziləri çərçivəsində istənilən qərarı qəbul etməkdə sərbəstdir. Üçtərəfli Bəyanatın müddəaları pozularsa, rəsmi Bakı istənilən vaxt Laçın dəhlizini bağlaya bilər”.
скачать dle 12.1