“Laçın dəhlizində Azərbaycanın nəzarət postu yaradılsa, haylar Qarabağdan qaçacaq…” - Ermənistan KİV

“Laçın dəhlizi”ndə Azərbaycanın nəzarət-keçid məntəqəsinin yaradılması ermənilərin Qarabağdan köçməsinə səbəb olacaq
BİA.AZ Moderator.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan öz "Facebook" səhifəsində yazıb.
“Ermənistana sentyabr hücumundan sonra Azərbaycan ilkin şərt kimi yenidən qondarma Zəngəzur dəhlizi mövzusunu aktivləşdirib. Üstəlik, Türkiyə XİN rəhbəri tərəfindən də “Zəngəzur və Laçın dəhlizləri eyni statusa malik olmalıdır” bəyanatı verilir. Əvvəllər bunu Azərbaycan Prezidenti desə də, indiki mərhələdə məsələnin daha kəskin şəkildə gündəmə gətirildiyi görünür. Bu nə deməkdir? Problem belədir: Azərbaycan və Türkiyə Ermənistanı Qarabağla birləşdirən “Laçın dəhlizi”ndə Azərbaycan keçid məntəqəsi və nəzarət yaratmaqla hədələyir.
Ermənistanı Qarabağla birləşdirən dəhlizdə Azərbaycan nəzarət-buraxılış məntəqəsinin yaradılması hansı nəticələrə gətirib çıxara bilər? Keçid məntəqəsinin mümkün yaradılması, şübhəsiz ki, Qarabağ ermənilərinin qaçmasına gətirib çıxaracaq. Çünki çoxları üçün - Qarabağ və Ermənistanda - bu hissədən keçmək ciddi təhlükəsizlik təhdidinə çevriləcək. Onu da qeyd edək ki, Azərbaycanın bu yola nəzarət etməsi istənilən vəziyyətdə yolun bağlanması təhlükəsi ilə nəticələnəcək”, - deyə Abramyan bildirib.