Bia.Az

KİYEVƏ KAMİKADZE DRONLARLA ZƏRBƏLƏR ENDİRİLİB - VİDEO (Yenilənib)

Siyasət
 17-10-2022, 10:33     171

Səhər saatlarında Ukraynanın Kiyev şəhərində partlayışlar baş verib.

Paytaxt meri Vitali Kliçkonun sözlərinə görə, partlayış paytaxtın mərkəzindəki Şevçenko rayonunda baş verib.

“Bütün xidmətlər hadisə yerinə yollanır. Hava hücumu davam edir. Sığınacaqlarda qalın!” - deyə Kliçko insanları ehtiyatlı olmağa çağırılıb.
Daha sonra Kliçko növbəti partlayış barədə məlumat verib.

Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak paytaxta kamikadze dronlarla hücum edildiyini bildirib.

Çerkası şəhərində İran istehsalı olan kamikadze dron məhv edilib



***
Ukraynanın paytaxtı Kiyev şəhəri kamikadze dronları ilə hücuma məruz qalıb“Report” xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak özünün teleqram-kanalında bildirib.
“Bizə mümkün qədər tez, daha çox hava hücumundan müdafiə sistemləri lazımdır. Bizim yavaş hərəkət etməyə vaxtımız yoxdur. Səmanı qorumaq üçün daha çox silah lazımdır”, - A.Yermak yazıb.
Kiyevin meri Vitali Kliçko şəhərin Şevçenko rayonunda partlayışların baş verdiyini açıqlayıb.скачать dle 12.1