Bia.Az

Erkin Qədirli Ukrayna müzakirəsində nələr deyib?

Siyasət
 15-10-2022, 13:19     168

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 13 oktyabr iclasında Rusiyanın Ukraynaya təcavüzünü sərt qınayan qətnamə qəbul olunub. Respublikaçı Alternativ Partiyasından Novator.az-a verilən məlumata görə, qurumun üzvü, 16 saylı Yasamal dairəsindən deputat Erkin Qədirli həmin iclasda çıxış edib. O, 2022-ci ilin iyun ayında xüsusi alt komitənin Ukraynaya səfər etdiyini xatırladıb: “Mən özüm də həmin alt komitənin üzvü kimi Kiyevə, Buçaya, İrpinə getmişdim. Orada gördüklərim və eşitdiklərim mənə çox tanış idi, ölkəmdə 30 illik təcavüz və işğal zamanı baş verənləri xatırlatdı. İrpin şəhəri merinin müavini məndən sualın olub-olmadığını soruşduqda “yox” dedim, çünki həqiqətən heç bir sualım yox idi, hər şey çox aydın idi.

Hörmətli həmkarlar, aqressiya həmişə çox gözəl bəhanələrlə başlayır. Hər şey ola bilər: azlıqların müdafiəsi, tarixi ədalət deyilənin bərpası, xalqın iradəsi. Zərurət və başqa bu kimi bəzi sinik arqumentlər də ola bilər. Aqressiya demək olar ki, istisnasız bu bəhanələrlə başlayır. Biz indi bunun Rusiyada necə işlədiyini Ukraynaya təcavüzdə görürük. İşğal, sonra saxta referendumlar, sonra xalqın iradəsinə istinadlar…


İndi isə Ukrayna ərazisinin bir hissəsinin utanc hissindən uzaq ilhaqı göz qarşısındadır. Rusiya bu ərazini Rusiya Federasiyasının bir hissəsi olduğunu iddia edir. Rusiya televiziyalarının müzakirələrini, Rusiya rəsmilərinin, ictimai xadimlərinin nə dediyini izləyirsinizmi? İndi onlar Ukrayna ordusunun BMT nizamnaməsinin özünümüdafiə barədə 51-ci maddəsinə tamamilə uyğun olan hərəkətlərinə ad qoyur, bu əməlləri Rusiya Federasiyasına qarşı təcavüz adlandırırlar. Bu, tam cəfəngiyatdır”.скачать dle 12.1