Bia.Az

Deputat: "Bu məsələ cəmi 35 dəqiqə müzakirə olundu, ermənilərin ətrafında fırlananlar..."

Siyasət
 11-10-2022, 14:13     159

"Yalnız Gəncə terroru ilə bağlı deyil, azərbaycanlılara qarşı törədilmiş soyqırımlarla, bütün cinayətlərlə bağlı ikili standartlar davam edir. Gəncə faciəsi isə bunun ən gözəçarpan, ən faciəvi görüntülərindən biridir".

Bu fikirləri Musavat.com-a Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

"Təəssüflər olsun ki, bu ikili standartların əsası var - siyasi, geosiyasi. Azərbaycan tamamilə başqa bir müstəviyə qalxıb. Biz İslam dünyasının ayrılmaz tərkib hissəsiyik. Həm də iqtisadi baxımdan Azərbaycanın yüksəlişi və dünyada rolu tamamilə fərqlidir. Bunların hamısını götürsəniz, görərsiniz ki, xüsusilə Avropanın bəzi ölkələrində, beynəlxalq təşkilatlarda ikili standartlar müşahidə olunur. Biz hazırda Avropa Şurasındayıq, son hadisələrlə bağlı dinləmələr təşkil olunmuşdu. Bu dinləmələrdə Ermənistanın tərəfini saxlayan, erməni lobbisi və onların ətrafında fırlanan deputatlar Ermənistanı tamamilə başqa tərzdə, Azərbaycanın faciəsini isə tamamilə fərqli tərzdə təqdim etməyə cəhd göstərirdilər. Biz bunu bilirik, ancaq böyük bir fərq var. Fərq ondan ibarətdir ki, əvvəllər ikili standart yox idi. Bir standart var idi - biz azərbaycanlılar günahkarıq, biz azərbaycanlılar işğala məruz qaldığımız halda işğalçıyıq. Biz 1 milyon qaçqını yerləşdirib, onları qoruduğumuz halda qaçqın problemini yaradan idik. Dünya bizi belə qarşılayırdı. Ancaq indi elə deyil. İndi onlar Azərbaycanın yaratdığı reallığı qəbul etməyə məcburdur. Dünən Avropa Şurasında bu məsələ cəmi 35 dəqiqə müzakirə olundu. Gündəmə gətirilib, tez-tələsik gündəmdən çıxarıldı. 2-3 erməni tərəfini saxlayan deputatlar tərəfindən dəstəkləndi. İkili standartlar artıq Azərbaycan reallığı tərəfindən dağıdılır. Azərbaycan reallığı gündəmə gəlib və əminəm ki, bu proses getdikcə yüksələcək", - S.Seyidov əlavə edib.скачать dle 12.1