Bia.Az

Ermənilərdən İrana və Azərbaycana hörmətsizlik- Səttarxana da əl uzatdılar- VİDEO

Siyasət
 11-10-2022, 12:09     164

Ermənilər Azərbaycana və ümumilikdə türklərə olan nifrətlərini cılız hərəkətləri ilə göstərməkdə davam edirlər. Biz artıq onların bu cür davranışlarına bir növ öyrəncəliyik. Ancaq bu dəfə kin çirkabları İranın da üzərinə sıçrayıb.

İran ərazisindən Ermənistana daxil olan və üzərində Səttarxanın rəsmi təsvir edilən yük avtomobili yerli sakinlərin narahatlığına səbəb olub.

Musavat.com xəbər verir ki, şəkilin altında “Səttarxan - türk oğlu” sözlərinin yazılması erməniləri xüsusilə hiddətləndirib.

Onlar avtomobili yolda saxlayıb və üzərindəki təsviri qırmızı boya ilə rəngləyiblər.
Sosial şəbəkələrdə yayılan bu görüntülər, hətta “dinc” ermənilərin belə əsl barbarlığının və türk xalqlarına dərin nifrətlərinin təzahürü kimi qiymətləndirilə bilər.


Sosial şəbəkələrin müxtəlif seqmentində hadisə İrana qarşı da hörmətsizlik kimi qiymətləndirilir. Hesab edilir ki, ermənilərin İrandan gələn maşının qarşısını kəsməsi, sürücünü yerə endirməsi, maşına müdaxilə etməsi qanun pozuntusu, quldurluqdur. Bütün bunlar belə qiymətləndirilir ki, ermənilər sadəcə olaraq Azərbaycan ordusu tərəfindən cilovlandığı üçün daha murdar əməllərə əl ata bilmirlər. Yoxsa, onların 1905, 1918, 1992-ci ilin Xocalı soyqırımı və digər zamanlardakı terrorçu, təcavüzkar xislətləri dəyişməyib. Təbii ki, ermənilərin də içərisində həqiqəti dərk edib, Azərbaycanın haqq səsini doğru anlayanlar yox deyil. Ancaq aşağıdakı videodan da göründüyü kimi cılız hislərlə yaşayanlar, necə deyərlər, ermənilik edənlər daha çoxdur.

Onu da bildirək ki, "Sərdari Milli" kimi tanına Səttarxan İranda 1905-1911-ci illərdə Məhəmmədəli şah diktaturasına qarşı Məşrutə inqilabının görkəmli xadimi, əsas liderlərindən biri və xalq qəhrəmanı olub.
Təbrizdəki inqilabın liderlərindən biri Səttarxan Rusiya və Qərb mətbuatında həmin illərdə "Azərbaycanın Puqaçovu", "İranın Haribaldisi" kimi təqdim edilirdi.

Xalqımızın tarixində Səttarxan xüsusi yer tutur. Təbrizdə ona heykəl qoyulub, küçələrdən birinə Səttarxanın adı verilib. Səttarxan barədə şeirlər, mahnılar, poemalar, romanlar yazılıb, filmlər çəkilib.
Elə buna görə də yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistanda Səttarxanın portretinə qarşı olan bu tərbiyəsizlik əslində İrana qarşı da meydan oxumaqdır. Çünki Səttarxan İran İslam Respublikasının rəsmi təbliğatında və ideologiyasında "xüsusi yer tutan qəhrəman" sayılır.скачать dle 12.1