Bia.Az

Xankəndində Putinin ad günü aksiyasını konkret kimin təşkil etdiyi bilindi…- FOTOLAR

Siyasət
 9-10-2022, 14:33     181

Çox güman ki, "QRU", yaxud "FSB"-nin agentidir...

Xəbər verildiyi kimi, erməni separatçılar Xankəndi yaxınlığındakı təpədə üzərində Rusiya prezidentinin təsviri olan kətanı açaraq hazırda Ukraynanın işğalını davam etdirən Vladimir Putini doğum günü münasibətilə təbrik ediblər.  Lakin müxtəlif erməni  mənbələrində həmin aksiyanın Qarabağdakı yerli ermənilər tərəfindən təşkil olunmadığını bildirilərək buna etiraz nümayiş etdirilib.

Moderator.az-ın araşdırmasından sonra Rusiyanın işğalçı diktatorunun doğum günü münasibəti ilə keçirilmiş bəhs edilən tədbirin konkret kim tərəfindən təşkil olunduğu aydınlaşıb. 
Erməni "@reartsakh" teleqram-kanalının yaydığı məlumata görə, Xankəndində fəaliyyət göstərən  politoloq Tiqran Qriqoryanın fikrincə, bu şou-tamaşa yeni yaranmış rusiyayönlü təşkilat olan Qarabağ kazakları tərəfindən təşkil olunub.
 
T. Qriqoryan Ermənistanda da 1999-cu ildən  “Ermənistan-Rusiya kazak ittifaqı” adlı qeyri-hökumət təşkilatı olduğunu xatırladıb…

Araşdırmamızdan bəlli olub ki,  sözügedən üzdəniraq qurumun rəhbəri  Qarabağda doğulmuş 59 yaşlı keçmiş sovet zabiti  Arutyunyan Armen Qrişayeviçdir. Hələ bu ilin avqustunda həmin məxluq Laçın şəhəri, Zabux və Sus kəndlərinin rəsmən Azərbaycana təhvil verilməsinə əngəl olmaq xahişi ilə V.Putinə müraciət edib…
P.S. Azərbaycanın I Qarabağ savaşı iştirakçıları, eləcə də 1990-cı illərin əvvəlindən fəaliyyət göstərən təcrübəli xüsusu qurum əməkdaşları bəlkə də Rusiyaya xüsusi məhəbbəti ilə seçilən  bu üzdənirağı tanıyarlar… Çox güman ki, A.Arutyunyan  "QRU", yaxud "FSB"-nin agentidir...  

Sultan Laçın
скачать dle 12.1