Bia.Az

SON DƏQİQƏ! Azərbaycan Ordusunun Kəlbəcər və Laçında mövqeləri atəşə tutulub

Siyasət
 9-10-2022, 13:49     165

Oktyabrın 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi, oktyabrın 9-u səhər saatlarında isə Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən xəbər verilib.


Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.скачать dle 12.1