Bia.Az

İrandan Məhsa Əmini ilə bağlı açıqlama: "Xəstəlikdən ölüb"

Siyasət
 8-10-2022, 14:49     219

İranda ciddi etirazlara səbəb olan Məhsa Əmininin ölümü ilə bağlı məhkəmə-tibb ekspertizasının rəyi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, İran hökumətinin nəzarətində olan Ədliyyə Tibb İnstitutunun ekspertiza rəyinə görə, Məhsa Əmininin ölümü aldığı zərbə ilə deyil, uşaq ikən keçirdiyi beyin şişi əməliyyatı ilə bağlı olub.

İstirahət üçün getdiyi İranın paytaxtı Tehrana uyğun geyinmədiyi səbəbi ilə saxlanılan 22 yaşlı Mahsa Əmini xəstəxanaya aparılıb və dünyasını dəyişib. Avtomobilə minərkən döyülən Əmininin pis rəftar nəticəsində huşunu itirdiyi iddia edilir. Müəmmalı ölüm İslam rejiminin ən mühüm siyasi simvollarından biri olan “baş örtüyü”nə qarşı üsyana çevrilib və insanlar kütləvi şəkildə hicablarını çıxarmaqla Məhsa Əminiyə dəstəyini ifadə edib.скачать dle 12.1