Bia.Az

Bu halda Ermənistan xarabalığa dönəcək - Stepanyan

Siyasət
 7-10-2022, 13:36     152

Bu günlərdə Ermənistan cəmiyyəti respublikanın KTMT-dən çıxmasını hakimiyyətdən tələb edir. Ancaq siyasi və məntiqi analiz qabiliyyəti olanlar çox gözəl anlayır ki, Ermənistan KTMT-dən çıxsa, xarabalığa çevriləcək.

BİA.AZ axar.az-a istinadla xəbər verir ki, bu sözləri “Review” verlişinin efiri zamanı erməni alim, tarix elmləri doktoru, professor Xaçatur Stepanyan deyib.

“Ermənilər anlamır ki, KTMT-dən çıxsaq, İrəvan küçələrində qan su yerinə axacaq. Bizə heç düşmən lazım olmayacaq. Daxili siyasi qarşıdurmalar xaosa səbəb olacaq. Ermənistan səhralığa dönəcək. Anlamalıyıq ki, “KTMT-dən çıxmaq” ssenarisi Qərbin qrantları hesabına reallaşır. Hər tərəf məhbuslarla dolu olacaq, qeyri-insani qətllər baş verəcək”, - professor qeyd edib.
скачать dle 12.1