Bia.Az

Ərdoğan: Proseslər Türkiyənin Avropa üçün açar ölkə olduğunu təsdiqləyir

Siyasət
 7-10-2022, 01:02     173

Baş verən proseslər Türkiyənin Avropa İttifaqı və Avropa üçün açar ölkə olduğunu təsdiq edir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pragada mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, bunun ən bariz nümunəsi Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçi rolu oynamasıdır.

Ərdoğan bu müharibədə axan qanın dayandırılması üçün böyük səylər göstərdiyini vurğulayıb: “Taxıl koridorunun davamlı şəkildə işləməsi bütün dünya və Ukrayna xalqının xeyrinə olacaq. Bu arada, Rusiya gübrəsinin Türkiyə üzərindən ehtiyacı olan ölkələrə göndərilməsi niyyətindəyik”.скачать dle 12.1