Bia.Az

Elşad Abdullayev Azərbaycanın Fransadakı səfirliyinə hücum hazırlığı barədə bir həftə əvvəldən məlumatlı olub

Siyasət
 5-10-2022, 17:19     216

Son zamanlar Azərbaycan Respublikasının Fransa Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərinə qarşı Fransada məskunlaşan radikal erməni qrupları tərəfindən törədilən hücumların sayı artıb. Növbəti belə bir hücum 1 oktyabr 2022-ci il tarixində gecə saatlarında baş verib. bir qrup radikal erməni tərəfindən Səfirliyin inzibati binasına qırmızı rəngli boya atılıb və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazılıb.

Bununla əlaqədar Fransa səfiri Zakari Qros oktyabrın 3-də Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib. Görüşdə oktyabrın 1-də Azərbaycanın Fransadakı səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən növbəti vandalizm aktı ilə bağlı etiraz notası diplomata təqdim edilib.
Qeyd olunan hadisənin Azərbaycan tərəfinin Fransanın səlahiyyətli qurumlarından Səfirliyin və onun əməkdaşlarının mühafizəsinin təmin edilməsi ilə bağlı dəfələrlə müxtəlif səviyyələrdə ifadə edilmiş tələbləri fonunda Fransa hökuməti tərəfindən lazımi tədbirlərin görülməməsi nəticəsində baş verdiyi qeyd edilib.
Qəbul edən dövlət olaraq Fransa hökuməti tərəfindən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmamasının bu ölkə tərəfindən diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirildiyi bildirilib.
Fransa Respublikasının səlahiyyətli qurumlarından bu ölkənin ərazisində yerləşən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və Azərbaycan Mədəniyyət Mərkəzinin mühafizəsinin lazımi qaydada təşkil edilməsi, indiyə qədər törədilmiş zorakılıq aktlarının hərtərəfli araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, Səfirliyin inzibati binasına vurulmuş ziyanın aradan qaldırılması və müvafiq təzminatın ödənilməsinin təmin olunması tələb edilib.
“Bizim” Elşad Abdullayev kimi dönüklər isə Azərbaycanda törətdikləri cinayətlərə görə məsuliyyətdən yayınmaq üçün qaçıb sığındıqları Fransada ermənilərlə əlbir işləyirlər. Söhbət fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, barəsində AR CM-nin bir neçə ağır maddəsi ilə ittiham irəli sürülən Elşad Abdullayevdən gedir. Sabah məlum olsa ki, Azərbaycanın Fransadakı səfirliyinə hücum edən ermənilərin arasında o da olub, heç kəs təəccüblənməz. Avropadakı mənbələr bildirirlər ki, ümumiyyətlə Elşad Abdillayev Fransada Azərbaycan nümayəndəliklərinə hücum edən radikal erməni qruplaşmalarının rəhbər şəxsləri ilə tez-tez bir araya gəlir. Belə görüşlərdən axırıncısı son hücum hadisəsindən beş gün öncə - sentyabrın 25-də baş tutub. Həmin gün 68 yaşının tamam olmasını qeyd edən Elşad Abdullayevə çox güman ki, Azərbaycan səfirliyinə hazırlanan hücum barədə deyilib. O isə əlbəttə ki, ermənilərin sağlığına qaldırdığı badələrlə planı alqışlayıb.

Xatırlatmağa dəyər ki, Elşad Abdullayev öz ad gününü “yenidəndoğuluş” aktları ilə əlamətdar etməyə vərdişkardır. Belə ki, o, Azərbaycan Respublikasının müxtəlif vəzifəli şəxsləriylə görüşlərində gizli yolla çəkilmiş videoları internetdə yayımlamağa da on il əvvəl məhz sentyabrın 25-də başlamışdı.//“Qanun və Hədəf”скачать dle 12.1