Bia.Az

Amerika iş adamı Vardan da Qarabağa gəldi və medal aldı...

Siyasət
 5-10-2022, 12:03     234

Azərbaycan Respublikasının Rusiyanın müvəqqəti(!) nəzarətində olan ərazisində 31 idlən çoxdur ki, faktiki fəəaliyyət göstərərən separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan ABŞ-dan gələrək qanunsuz şəkildə dövlət sərhədimizi keçmiş erməni mənşəli iş adamı və "mesenat" Vardan Nazaeryanı qəbul edib.

BİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda erməni mənbələri məlumat yayıb.

Xankəndində keçən görüş zamanı Arayik Qarabağdakı separatçı rejimə "daimi dəstəyinə və müxtəlif sosial proqramlarda fəal iştirakına görə xeyriyyəçiyə minnətdarlığını bildirib". O, həmçinin vurğulayıb ki, Nazeryan 44 günlük "müharibədən sonrakı dövrdə mənzil tikintisi üçün xeyriyyə proqramını həyata keçirmək üçün ilk şəxsi təşəbbüslə çıxış edənlərdən biri olub".
Görüş zamanı separatçı başçı "xeyriyyəçi"ni göstərdiyi xidmətlərə görə “Vaçaqan Barepaşt” medalı ilə təltif edib.

Zəruri xatırlatma:

Erməni mənşəli Amerika iş adamı Vardan Nazeryan 2019-cu ilin sentyabrında da qanunsuz olaraq Azərbaycan torpaqlarına gəlib. Həmin vaxt o, Xocavənd rayonunun o zaman işğal altında olan Böyük Tağlar kəndində (İkinci Qarabağ savaşı zamanı azad olunub) heyvandarlıq ferması açıb və onu genişləndirməyə söz verib. V.Nazeryan eyni zamanda işğal altındakı Qarabağ torpaqlarında əkinçiliyin inkişafına da dəstək göstərəcəyini vəd edib. Separatçı-terrorçu rejimin o dövrkü başçısı Bako Saakyan "xidmətlərinə görə" aameirkalı iş adamına "Minnnətdarlıq" medalı ilə təltif edib...

Xatırladaq ki, bu il sentyabrın əvvəllərindən Rusiya milyarderi Ruben Vardanyan da Qarabağda qeyri-qanuni fəlaiyyətə başlayıb. Oktaybrın 4-də Arayik Arutyunyan ona "dövlət naziri" vəzifəsini təklif edib...

Amerika iş adamı Vardan da Qarabağa gəldi və medal aldı...


скачать dle 12.1