Bia.Az

Tehranın Zəngəzur dəhlizi mövqeyində yumşalma - Ermənilərin istəmədiyi açıqlama

Siyasət
 5-10-2022, 11:54     182

Tehran da artıq Azərbaycanın Zəngəzur dəhlizini reallaşdırmaq tələbi ilə hesablaşmaq zorunda qalıb. İran rəsmiləri şəraitə uyğun addımlar atmağın zəruriliyini qeyd edirlər. Əgər bir müddət öncə Tehran Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı şərtlərini birmənalı şəkildə rədd edərək, bunu özünün “qırmızı xətti” hesab edirdisə, artıq bu addımından geri çəkilməyə başlayıb.

İranın Tranzit və Avtomobil Nəqliyyatı Təşkilatının baş direktoru Cavad Hidayəti İranın İLNA xəbər agentliyinə müsahibəsində Azərbaycanın Zəngəzur dəhlizinin yaradılmasında israrlı olduğunu və bunun geridönməz proses olduğunu qeyd edərək, Tehranın yeni şəraitə uyğun addım atılmasının vacibliyini qeyd edib.

BİA.AZ “Ölkə.Az”a istinadla xəbər verir ki, bu barədə İranın Tranzit və Avtomobil Nəqliyyatı Təşkilatının baş direktoru Cavad Hidayəti İranın İLNA xəbər agentliyinə müsahibəsində bildirib ki, Azərbaycan Naxçıvana Ermənistanın nəzarətində olmayan dəhliz əldə etməyə çalışır.

“Göründüyü kimi, Azərbaycan Naxçıvana Ermənistanın nəzarətində olmayan, maneəsiz və uzunmüddətli zəmanətlə dəhliz əldə etməyə, həmçinin müttəfiqlərinin koordinasiyası ilə Xəzər dənizindən birbaşa Türkiyəyə enerji tranzit dəhlizi yaratmağa çalışır. Nəzərə almalıyıq ki, bu vəziyyətin (dəhlizə etirazın) davam etməsi ehtimalı azdır. Buna görə də istənilən vəziyyətə hazır olmalıyıq”, - deyə Hedayati bildirib.
скачать dle 12.1