Bia.Az

SON DƏQİQƏ! Ukrayna Putinlə danışıqlardan imtina etdi

Siyasət
 4-10-2022, 15:17     181

Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının 30 sentyabr tarixli qərarının qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, söhbət Rusiyanın hazırkı prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü ilə bağlı rəsmi mövqedən gedir.

Milli Təhlükəsizlik və Müdafiə Şurası Rusiyanın Ukraynanın yeni ərazilərini ilhaq etməsinə cavab olaraq belə bir qərar qəbul edib.

Zelenskinin fərmanı oktyabrın 4-də dərc edilib. Bundan başqa, Ukrayna prezidentinin, Ali Radanın sədrinin və baş nazirin NATO-ya qəbul olunmaq haqqında müraciətinin mətni də təsdiqlənib. Həmçinin sənəddə “Rusiya Federasiyası tərəfindən eskalasiyaya müvafiq sanksiyalar və digər cavab tədbirləri haqqında” qanun layihələrinin qəbulunu sürətləndirmək üçün Ali Radaya tövsiyələr yer alıb.

Xatırladaq ki, bu ilin sentyabrın 30-da Vladimir Zelenski Ukraynanın sürətli şəkildə NATO-ya üzv olmaq üçün müraciət etdiyini açıqlayıb. O, həmçinin Vladimir Putin prezident olduğu müddətdə Ukraynanın Rusiya ilə danışıqlar aparmayacağını bildirib.

Prezident Zelenskinin son addımına Kremldən də cavab gəlib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Zelenskinin və ya Ukraynanın hər hansı gələcək prezidentinin mövqeyində dəyişiklik etməsini gözləyəcəklərini bildirib.скачать dle 12.1