Bia.Az

“Rusiyanın “Poseydon” nüvə raketlərini hərəkətə gətirməsi feykdir” – NATO belə hesabat yaymayıb

Siyasət
 4-10-2022, 13:56     205

Rusiyanın "Poseydon" nüvə supertorpedolarının hərəkətə gətirilməsi və ABŞ-ın Nyu-York və ya Los-Ancels şəhərlərini məhv edə biləcəyi ilə bağlı xəbərlər feykdir.

Ekspert Kamran Cəfərov bildirir ki, son günlər bu başlıqlı xəbərlər NATO-nun hesabatı kimi əksər media orqanlarında paylaşılır. "Araşdıraq, bu nə hesabatdır? Bunu ilk olaraq kim yayıb? İlkin mənbə İtaliyanın "La Reppublika" qəzetidir. Bu məlumat onlardan sonra dünya mətbuatında yayılıb. Yəni "La Reppublika" qazetində həmin məqalə feykdir. Siyasi müstəvidə təxirəsalınmaz tədbirlərdən sonra sözügedən qəzet bu məqaləni sildi. İlkin mənbə məlumatı silsə də, başqa platformalar və qəzetlərdə, o cümlədən Azərbaycan və Türkiyə mediasında məlumat qalır", - ekspert vurğulayıb.

"AzPolitika.info"скачать dle 12.1