Bia.Az

9 Noyabrda ƏFV olacaq? - AÇIQLAMA

Siyasət
 3-10-2022, 15:37     174

“Biz istəyirik ki, ilin sonuna doğru, bayram günlərində, eləcə də qələbəmizin ikinci ildönümündə böyük əfv sərəncamı ilə məhbuslar, onların ailələri sevinsin. Amma bununla bağlı bizə hələ ki, yeni bir məlumat daxil olmayıb. 8 noyabr Zəfər, 9 noyabr Bayraq Günüdür. Təbii ki, həmin günlərdə əfv sərəncamının imzalanmasını arzulayırıq”.

BİA.AZ xəbər verir ki, bunu Publika.az-a açıqlamasında İşçi qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Novella Cəfəroğlu bildirib ki, pandemiyadan sonra işçi qrupun üzvləri toplaşa bilməyiblər:

“Amma bizim monitorinq qrupumuz hazırda da fəaliyyətdədir. Məktubları qəbul edirik. Məhbusların əfv siyahısına düşmələri üçün əlimizdən gələn işləri görürük. Biz də istəyirik ki, böyük əfv sərəncamı imzalansın. Hər il əfv sərəncamları imzalanır, amnistiyalar olur. Gələn il də amnistiyanın olacağını gözləyirik. Eyni zamanda, istəyirik ki, “siyasi məhbus” məsələləri ilə birdəfəlik qurtaraq”
скачать dle 12.1