Bia.Az

“RUS XALQI HEÇ AĞLINA DA GƏTİRMİRDİ Kİ...” - “Bu reallıq xəstə beyinlərdə yaradılır”

Siyasət
 3-10-2022, 01:30     193

Rusiyalı Nobel mükafatı laureatı: “Ukrayna Rusiyaya heç vaxt, heç nəyi bağışlamayacaq”

Rusiyada Putin hakimiyyətinin Ukraynada başlatdığlı və getdikcə də daha böyük faciələrə yol açan işğalçılıq müharibəsinə qarşı etirazlar durmadan çoxalır. İndiyə qədər müsəlmanları, buryatları, azsaylı xalqları, uazq şimal bölgələrinin sakinlərini Ukraynadakı “ət maşını”na göndərən Kreml, məğlubityyətin qaçılmaz olduğunu gördüyü üçün “qismən” adlandırdığı səfərbərliyə getməli oldu.

Bu isə o deməkdir ki, müharibə artıq onu divanda oturub, televiziyadan izləyən “rus dünyası aşiqləri”nə də toxunmağa başlayır. Onlar isə buna hazır deyillər və bu üzdən Gürcüstan, Qazaxıstan, hətta Monqolustan sərhədləri də rus ilya murometslərlə, ivan çareviçlərlə və digər “qəhrəmanlar”la doludur. Artıq hətta siyasi proseslərdən dərin anlayışı olmayanlar belə görürlər ki, səfərbərlik qərarı Putin hakimiyyətinin və Rusiyanın imperiya həvəsinin tabutuna vurulan son mismarlardan birinə çevrilə bilər.

Bütün bu qarmarışıq və dünyanın gələcəyi üçün həlledici anlarda Rusiyada hələ də cəsarəti çatıb həqiqəti deyə bilən az sayda da olsa şəxsiyyətlər qalır və qəribədir ki, onların arasında rus soyadı daşımayanlar üstünlük daşıyırlar...

“AzPolitika.info” xəbər verir ki, rusiyalı Nobel mükafatı laureatı, “Novaya Qazeta”nın baş redaktoru Dmitri Muratov “Azadlıq Radiosu”na maraqlı müsahibə verib.

Muratov Rusiyanın bu cinayətkar savaşla ən azı yarım əsr geri düşdüyünü və bu müharibədə baş verən cinayətlərə görə Ukraynanın Moskvanı heç zaman bağışlamayacağını deyib: “Mən bu barədə Qorbaçovla da danışmışdım. Hesab edirəm ki, özgə ərazilərin fəth edilməsi arxaizmdir(köhnəlmiş, yaxud istifadədən çıxmış-red.). Məncə, bu ərazilərlə tərəfdaşlıq etmək, rəqabət aparmaq, orada birgə layihələr həyata keçirmək, ağaclar əkmək, faydalı qazıntılar aparmaq, birgə müəssisələr qurmaq və s. olar. Ancaq onların inzibati sərhədləri çərçivəsində birləşdirilməsi olduqca dərin arxaizm göstəricisidir. Biz öz inkişafımızda ən azı yarım əsr geri atılmışıq – Qorbaçovdan əvvəlki dönəmlərə. Bizə artıq inanmırlar. Rusiyanı və rusiyalıları sevmirlər. Bu, bizim qlobal səviyyədə reputasiyamızın itirilməsidir. Bu, bizə olan etibarın itririlməsidir. Bu, yeri çətin doldurulası bir şeydir. Reputasiya uzun illərlə, ağır zəhmət hesabına yaradılır...
Biz ötən əsrin sonlarında müharibələri bitirməyi öyrənmişdik, başlamağı yox! Əminəm ki, indi yaşadıqlarımızı ilk dəfədir ki, yaşayırıq. Biz ilk dəfə dijital müharibə yaşayırıq. Bütün bəlaları bəşəriyyət ona görə yaşayıb ki, onları zaman-zaman unudub. Bu müharibə isə həm də yaddaşın saxlanması alətləri ilə birləşib. Siz nəyi istəsəniz bağışlaya bilərsiniz. Lakin “Mariupol”, “İrpen”, “Buça” kimi sözləri axtarışa verəndə, bundan sonra heç nəyi bağışlaya bilmirsiniz. Bax, biz bununla qarşılaşmışıq. Bu müharibənin hər bir addımı, hər atəş və hər cinayət, Buçada qətl edimiş hər manikürlü qadın əli artıq həmişəlik (yaddaşlarda) qalıb... İkinci dünya müharibəsində cəmi üç min müxbir olub. İndi isə təkcə Ukrayna ərazisində milyonlarla kamera var ki, bütün bunları çəkir”.



Muratov deyib ki, Rusiyanın Ukraynada zəbt etdiyi torpaqlar rusiyalılara lazım deyil: “Bəşəriyyət hələ də anlamır ki, o, heç vaxt, heç kimi bağışlaya bilməyəcək. Ukrayna heç vaxt, heç nəyi Rusiyaya bağışlamayacaq. Çıxın küçəyə və soruşun: “Sənə Xerson lazımdırmı?”. Sənə səfeh (söyüşlə ifadə edir-red.) kimi baxacaqlar və soruşacaqlar: “Nə, hansı Xerson? Mən dünən Xerson haqda düşünmürdüm, mənim ipotekam var. Xerson yox”. Geosiyasətçilərin iltihaba uğramış beyinlərində özgə ərazilərin işğalıyla bağlı olan qələbə var. Bu, xalqa lazımdırmı?”

Muratov Kremlin Ukrayna torpaqlarını işğalına rus xalqının münasibətini ironiya ilə ifadə edib: “Dərindən əminəm ki, bizim xalq 24 fevrala qədər(söyüş söyür) heç ağlına belə gətirmirdi ki, o, Zaporojyesiz yaşaya bilməz. Gecələrlə narahat olurdu və düşünürdü ki, ilahi, mən Zaporojyesiz necə yaşaya və səhərlər oyana bilərəm? Bu reallıq döyüş meydanlarında yox, xəstə beyinlərdə yaradılır”.

Qeyd edək ki, “mən pis rusam və heç yerə getməyəcəyəm” deyən Dmitri Muratovun rəhbərlik etdiyi “Novaya Qazeta”nın fəaliyyəti hələ mart ayında dayandırılıb və lisenziyası əlindən alınıb. Buna baxmayaraq, Muratov Rusiyanı tərk etməyib...скачать dle 12.1