Bia.Az

Paşinyan Rusiya qarşısında nə qədər duruş gətirə biləcək... - GƏLİŞMƏ

Siyasət
 1-10-2022, 10:28     63

Ermənistan Baş naziri Nikol Paşinyan insidentlərin qarşısını almaq üçün beynəlxalq monitorinq missiyasının yerləşdirilməsinin vacibliyini qeyd edib. Bundan əvvəl Paşinyan ABŞ və Fransada səfərlərdə olarkən bir neçə dəfə beynəlxalq missiyanı ölkəsinə dəvət etmişdi. Qarabağdan fərqli olaraq hazırkı toqquşmalar zamanı Ermənistanın baş naziri de-yure istədiyi ölkə və təşkilatı Qərbi Zəngəzura və Göyçəyə dəvət edə bildiyini yaxşı bilir. Buna rəğmən, belə bir addım ataraq Rusiyaya qarşı demarş edir.

BİA.AZ-ın məlumatına görə, politoloq Zaur Məmmədov "Şərq"ə bildirib ki, Rusiya sərhədçilərinin və 102-ci hərbi bazanın Ermənistanda olduğu bir vaxtda İrəvanın son bir aydakı bəyanatları İrəvan-Moskva arasındakı iplərin qopması deməkdir: "Erməni ordusunun törətdiyi təxribatlar və İrəvanın Qərbdəki bəzi dövlətlərlə bağlı qapılar arxasında əldə etdiyi razılaşmalar onu deməyə əsas verir ki, Ermənistan yaxın vaxtlarda daha bir zərbə alacaq. Bu arada, ərköyün Ermənistanın Qafqaza beynəlxalq qüvvələri gətirmək istəyi fonunda İranın susqunluğu qəribə və başadüşülən deyil. Sərhədlərin dəyişməsinə qarşı çıxan Tehran bir azdan müxtəlif bayraqlarla silahlı əsgərləri görəndə nə edəcək? Birmənalı şəkildə qeyd edə bilərik ki, Qarabağla bağlı vaxtın uzanmasının tərəfdarı olan müxtəlif istiqamətli qüvvələrin fəaliyyəti bölgəni geosiyasi toqquşma meydanının hərbi mərhələsinə çatdıra bilər. Bu isə olduqca təhlükəlidir. Baş verənlərlə bağlı ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür".
скачать dle 12.1