Bia.Az

Daha bir iranlı ekspert QATIQLADI - “Azərbaycan səhvə yol verərsə, İranın silləsi ilə üzləşəcək”

Siyasət
 28-09-2022, 12:38     209

İranın anti-Azərbaycan açıqlamaları ilə tanınan beynəlxxalq məsələlər üzrə eksperti Həsən Beheştipur “Arman Meli” qəzetinə müsahibəsində iddia edib: “Təl-Əviv İranın şimal ölkələrini parçalamağa çalışır”.

O, "İran Azərbaycanın bu hərəkəti qarşısında niyə cəsarətli qırmızı xətt çəkib?" sualına belə cavab verib.


"Ermənistanın İranla 40 kilometr ümumi sərhədi var ki, bu da İran üçün geosiyasi, geoiqtisadi və geostrateji baxımdan önəmlidir. Bu yolla Ermənistan İrana və açıq sulara çıxa bilir. Digər tərəfdən, Ermənistan problem yaşadığı Türkiyə ilə qərbdən qonşudur, şərqdən isə Azərbaycanla həmsərhəddir. Təbii ki, şimalda Gürcüstanla həmsərhəddir və gürcülərlə problemi yoxdur. Ermənistanla sərhəd İran üçün çox vacibdir, çünki İran və Cənubi Qafqaz arasında əlaqə yolu sayılır və Ermənistan vasitəsilə İran Gürcüstana və bu ölkənin üzərindən Qara dənizə və oradan da Şərqi Avropaya çata bilər. Məhz buna görə də İran israr edir ki, regionun siyasi coğrafiyası dəyişməz qalmalı və bir ölkənin sərhədi aradan götürülə bilməz. Azərbaycanın və onun müttəfiqlərinin İranın bu sərhədini kəsmək planı var", deyə Beheştipur absurd fikirlər səsləndirib".


O əlavə edərək bu fikirləri də ifadə edib: “Azərbaycan dünyanın geosiyasi səhnəsinə girməyə çalışan ölkədir. Bu baxımdan o, ekspansionist siyasət yürütmək niyyətindədir. Bu isə Türkiyənin bəyəndiyi və İranın praktiki olaraq qarşı çıxdığı bir addımdır”.
Ekspertin sözlərinə görə, Tehran regionun geosiyasətində dəyişikliklər olacağı təqdirdə susmayacağını dəfələrlə bəyan edib. Ancaq son vaxtlar Azərbaycan Türkiyənin, bəzən də Təl-Əvivin dəstəyi ilə müəyyən addımlara əl atıb.


Beheştipur hesab edir ki, İran Azərbaycan-Ermənistan probleminə rəsmi şəkildə müdaxilə etsə belə, heç bir şəkildə regional geosiyasi dəyişikliklərə boyun əyməyəcək.


Hurriyyet.az
скачать dle 12.1